
Siz uşağınızın ingilis dilini ən müasir metodologiya, resurs və texnologiyalara əsaslanan yüksək ixtitsaslı müəllimlərdən öyrənməsini istəyirsinizmi?
Bizim kurslar yeniyetmə və kiçik yaşlı uşaqların ingilis dilində ünsiyyət bacarıqlarının inkişafı üçün nəzərdə tutulmuşdur. Bizim kiçik yaşlı uşaqlar (6-8, 9-12 yaşlı uşaqlar) və yeniyetmələr (13-15) üçün kurslarımız uşaqlarınızın ingilis dilini danışaraq sərbəst ünsiyyət qurmasına yönəlmişdir. Müxtəlif həvəsləndirici tədbirlər vasitəsilə uşaqlarınızın ingilis dili bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməklə yanaşı, tədris zamanı ən son texnologiyalardan olan multimedia və veb resursları daxil olmaqla qrup və cütlük şəklində iş, interaktiv oyunlar, təqdimatlar kimi müasir tədris üsullarından istifadə nəzərdə tutulur.
Kurslar uşaqlarınızı Kembric imtahanlarına hazırlaşdırır və bu imtahan vasitəsilə siz uşaqlarınızda yaranmış inkişafı hiss edəcəksiniz.
Dərslər saat 16:30-dan 18:00-dək Avropa Azərbaycan Məktəbində keçiriləcəkdir.
Bu kurs müxtəlif dil səviyyələrindən olan yetkin insanların ingilis dilini öyrənməsi üçün nəzərdə tutulub.
Yüksək ixtisaslı və təcrübəli müəllimlərimiz böyük inkişafa ......

Bu kurs müxtəlif dil səviyyələrindən olan yetkin insanların ingilis dilini öyrənməsi üçün nəzərdə tutulub.
Yüksək ixtisaslı və təcrübəli müəllimlərimiz böyük inkişafa nail olacağınıza təminat verir, qarşıya qoyduğunuz məqsədlərə çatmağınıza və ingilis dilində əminliklə ünsiyyət qurmağınıza kömək edir. 45 saatlıq dil kurslarımız təhsil, iş və gündəlik məqsədlər üçün danışıq, dinləmə, oxu və yazı vərdişləri üzrə ingilis dilində ünsiyyət bacarıqlarınızı artırır.
Ümumi İngilis dili kurslarımızda:
• İngilis dilində səlis danışacaq və ünsiyyət bacarıqlarınızı artıracaqsınız
• Gündəlik rastlaşdığınız vəziyyətlər üçün əsas ifadələri öyrənəcəksiniz
• Daha az səhv etməklə ünsiyyət quracaqsınız
• Tələffüzünüz yaxşılaşacaq
• Söz ehtiyatınız zənginləşəcək
Dərslər saat 18:30-dan 20:00-dək Avropa Azərbaycan Məktəbində keçiriləcəkdir.

IELTS imtahanı ingilis dilli ölkələrdə təhsil almaq və yaşamaq istəyən insanlar üçün tələb olunan imtahandır. Bu imtahan Böyük Britaniya, ABŞ, Kanada və Avstraliya universitetlərində təhsil almaq üçün ən vacib imtahan sayılır. İmtahan hər ay Bakıda keçirilir.
Avropa Dillərinin Tədrisi Məktəbinin IELTS imtahanına hazırlıq kursları İntermediate səviyyəsində olan tələbələr üçün tərtib olunmuşdur və imtahanın bütün tələblərinə cavab verir.
Dərslərə daxildir:
• İmtahana daxil olan hər 4 ünsürün - Oxu, Yazı, Qulaq asma və Danışıq bacarıqlarının IELTS imtahanının qiymətləndirmə cədvəlinə uyğun inkişaf etdirilməsi;
• Tələbələrin Yazı və Danışıq qabiliyyətlərinin artırılması və dil üzərində təbii nəzarətin gücləndirilməsi məqsədilə həftəlik dolğun praktika;
• IELTS imtahanının qiymətləndirmə cədvəlinə uyğun olan hərtərəfli qrammatika və dəqiqlik;
• Mövzular vasitəsilə tələbələrin Leksik lüğət ehtiyatlarının artırılması və qiymət cədvəlinə uyğun olan peşəkar plan;
NƏ ÜÇÜN TELLS?

Biz yalnız xarici dil öyrədirik. Biz bu sahənin mütəxəssisiyik.
Siniflər yalnız 7 - 8 tələbə üçün nəzərdə tutulub. Sizin üçün ən yaxşı şəraiti yaratdıq.
Yalnız bir dəfə ödəniş edirsiniz. Bütün tədris vəsaitləri həmin ödənişə daxildir.
Müəllimlərimiz beynəlxalq təcrübəyə və kvalifikasiyaya malikdirlər. Biz yalnız ən yaxşıları seçirik
Biz tələbələrimizə ən münasib kurs tövsiyə edirik. Biz ən güvənli səviyyə sınaqlarını keçiririk
Azyaşlı uşaqlar üçün ingilis dili
Övladınızı Kembric imtahanlarına hazırlaşdırırsız? Elə isə, bu linkə daxil olun və Kembric Universitetinin sınaq imtahanını verin
http://www.cambridgeenglish.org/test-your-english/young-learners/
Böyüklər üçün ingilis dili
Kembric Universitetinin sınaq imtahanına hazırlaşırsız ?
Bu linkə daxil olun