Hörmətli Valideyn,
Uşaqların gərgin dərs ili sona çatmaqdadır. Əminik ki, hər bir valideyn övladının yeni dərs ilində daha da uğurlu ola bilməsi üçün onun yay tətilini stressdən uzaq, təbiət qoynunda keçirməsini arzu edir. Amma təəssüf ki, ağır iş qrafiki səbəbindən bəzən bir çox valideynlər bu arzusunu həyata keçirə bilmir. Elə isə narahatçılığa əsas yoxdur! Övladınızın ekoloji baxımdan təmiz və bol vitaminli bir mühitdə istirahət etməsini arzu edirsinizsə, onu TELLS Dil Məktəbinə etibar edə bilərsiz!
TELLS kursları 3-16 iyul və 24 iyul - 6 avqust tarixlərində 6-8 və 9-12 yaşlı uşaqlar üçün Şamaxı Olimpiya Kompleksində 14 günlük Yay Məktəbi təşkil edir. Şəhər həyatından uzaq, təbiətlə təmasda övladlarınız professional müəllim və təlimçilərimizin köməkliyi ilə ingilis dili bacarıqlarını inkişaf etdirəcək, şən və öyrədici oyunlarla unudulmaz yay tətili keçirəcək. Dərslər həftənin bütün günləri, hər 4 ünsürün (Reading, Writing, Speaking, Listening) eyni vaxtda inkişafına üstünlük verilərək keçiriləcək.
Yay məktəbi proqramının qiyməti 650 AZN-dir. Qiymətə daxildir:
¥ Gündəlik intensiv ingilis dili dərsləri
¥ Yaşayış və gündə 3 dəfə sağlam qidalanma
¥ Müxtəlif idman oyunları, üzgüçülük
¥ İngilis dilində şən və əyləncəli oyunlar
¥ Təbiətdə gəzintilər, ekskursiyalar
¥ Tənqidi təfəkkürün inkişafı, debatlar
Yay Məktəbinə qeydiyyat artıq başlamışdır. Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiz.
Telefon: (012) 4998934
Mobil: (050) 290 6006
Email: info@tells.az
https://www.facebook.com/TELLS.AZ/