Azyaşlılar (5-14 yaş arası) üçün YAY MƏKTƏBİ 2019 üçün qeydiyyat başladı. 

YAY MƏKTƏBİ HAQQINDA

Yay məktəbi Avropa Dillərinin Tədrisi üzrə Xidmətlər mərkəzi (TELLS) tərəfindən hər il yay aylarında keçirilən möhtəşəm layihədir. 
Azyaşlıların
(5-14 yaş arası) fərdi və peşəkar inkişafı üçün reallaşdırılan layihə bu il də iyul ayında keçiriləcəkdir.

PROQRAM: 

  • İntensiv İngilis dili
  • Fransız dili 
  • İntellektual və əyləncəli oyunlar
  • İdman yarışları və üzgüçülük
  • Məntiqi və tənqidi təfəkkürün inkişafı 
  • Müxtəlif məkanlara ekskursiyaların təşkili
  • İncəsənət layihəsi
  • Peşəkar və təcrübəli mütəxəssislər tərəfindən ingilis dilində keçirilən seminar və görüşlər
  • Gündə 3 dəfə qidalanma
  • Daimi həkim nəzarəti

 

YAY MƏKTƏBİNDƏ İŞTİRAK NƏ QAZANDIRACAQ?

  • Uşaqlarınızın fərdi inkişafı sürətlənəcək
  • Yay məktəbi, tamamilə, ingilis dilində keçirildiyinə görə uşaqlar ingilis dilində öz fikirlərini sərbəst ifadə edəcəklər 
  • Əlavə bir xarici dilin – fransiz dilinin əsaslarını öyrənəcək
  • Müxtəlif ölkələrdən olan uşaqlarla ünsiyyətdə olaraq xarici dil bacarıqları inkişaf edəcək 
  • Daima həkim nəzarətində olmaqla uşaqların sağlamlığına xüsusi diqqət ayrılacaq
  • Komandada işləmək vərdişi inkişaf edəcək
  • Müxtəlif əyləncəli və intellektual oyunlar vasitəsilə yeni biliyə  

 

Həm öyrədici, həm də əyləncəli Yay Məktəbinin keçirilməsində başlıca məqsəd, azyaşlıların xarici dilə yiyələnməsinə, onların özünü təqdim etmə və fikrini sərbəst ifadə etmə bacarığını inkişaf etdirməsinə, eləcə də komanda işi və ekskursiyalar zamanı dünyagörüşünün formalaşmasına nail olmaqdır.

  ➡️ KEÇİRİLMƏ TARİXİ:

1-26 İyul

➡️ KEÇİRİLMƏ MƏKANI:

Avropa Azərbaycan Məktəbi

➡️ MÜDDƏT:

Həftə içi 5 gün (09:00-18:00)

➡️ QEYDİYYAT:

Son qeydiyyat tarixi: 20.06.2019

Əgər, siz də övladlarınızın fərdi və peşəkar inkişafını arzulayır, onların yay tətilindən maksimum faydalanmalarını istəyirsinizə, o zaman, həm öyrədici, həm də əyləncəli YAY MƏKTƏBİ üçün uşaqlarınızı qeydiyyatdan keçirin.

Mob: +994 50 290 60 06 
Tel: +994 12 499 89 34 

Ünvan: Hüseyn Cavid prospekti 186, Mirvari Park yaşayış kompleksi.