Hörmətli validenylər və bizim balaca dostlarımız!
Dərs ilinin sonuna sayılı günlər qalır. Yəqin ki, əylncəli və eyni zamanda faydalı bir Yay tətili planlayırsız. Bu planınızı reallaşdırmaq məqsədilə TELLS kursları 6-12 yaşlı balaca dostları üçün unudulmaz Yay Məktəbi təşkil edir.
Yay Məktəbinə qoşulan hər bir uşaq öz vaxtını şən və əyləncəli keçirməklə yanaşı gün ərzində peşəkar müəllimlərin köməyi ilə ingilis dili qabiliyyətini daha da inkişaf etdirəcək. Dərslər yalnız ingilis dilinin qrammatikasını öyrətmək və ya söz ehtiyatının artırılmasına kömək etmək məqsədini daşımır. Yay məktəbində yazı, oxu, dinləmə və danışıq bacarıqlarının artırılmasına xüsusi diqqət yetiriləcək. Xarici dili zövq alaraq öyrənmək üçün ingilis dilində müxtəlif əyləncəli oyun və intellektual yarışlar keçiriləcək.
Dərslər həftədə 5 gün (bazar ertəsi - cümə günü) olmaqla iyul ayının 3-dən 28-dək səhər saat 09.00-dan 18.00-dək Avropa Azərbaycan Məktəbinin ibtidai tədris binasında, keçiriləcəkdir.
Yay Məktəbinin qiyməti 490 AZN-dir. Bu qiymətə daxildir:
• İntensiv ingilis dili dərsləri
• İngilis dilində şən və həvəsləndirici tədbirlər
• Tədris kitabları
• Nahar yeməyi və gündə 2 dəfə qəlyanaltı
• İdman yarışları
• Tənqidi təfəkkürün inkişafı
• Müxtəlif peşə sahiblərinin ingilis dilində təqdimatları
•  Daimi həkim nəzarəti
Yay məktəbinə qeydiyyat artıq başlanmışdır. Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz:
• Telefon: (012) 4998934
• Mobil: (050) 290 6006
• Email: info@tells.az
• https://www.facebook.com/TELLS.AZ/