TELLS dil kursu 2017-ci ilin qış və yaz semestrini uğurla başa vurduqdan sonra öz kiçik dostlarını da unutmadı və yay tətili ərzində uşaqları yalnız buraxmamaq məqsədilə onlar üçün yay məktəbi təşkil etdi. Yay məktəbi dedikdə yada bir zamanlar çox məşhur olan, amma uzun illər yaddaşlardan silinən "yay düşərgəsi" düşür.

TELLS "yay düşərgəsi" ənənəsini davam etdirərək, onu fərqli bir səpgidə öz kiçik dostlarına təqdim etdi. Yay məktəbinin əsas məqsədi bir ay ərzində uşaqların əylənərək ingilis dilinin sirlərinə yiyələnməsinə kömək etmək idi. Belə məsuliyyətli layihənin uğur qazanması üçün TELLS komandası uşaqlar üçün əyləncəli, amma eyni zamanda da öyrədici proqram hazırladı. Proqramın məqsədi bu bir ay ərzində uşaqların ingilis dili bacarığının olduğu səviyyədən ən azı bir pillə artırmasına və bizimlə başlayan yolun sonunda onların öz fikirlərini izah edə biləcək qədər söz ehtiyatına malik olmasına kömək etmək idi. Uşaqların əyləncələrini əllərindən almamaq şərtilə ingilis dili yorucu dərslər vasitəsi ilə deyil, əyləncəli, yaradıcı və düşündürücü təqdimatlar vasitəsilə tədris edildi.

TELLS Dil Məktəbi olaraq bu layihəni də uğurla başa vurduq və bu bir ay ərzində öz uşaqlarını bizə etibar valideynlərin güvənini qazanmağı bacardıq.

Belə məsuliyyətli bir layihənin uğur qazanmasına dəstək olan və əməyi keçən hər bir kəsə, xüsusi ilə də müəllimlərimizə və onların köməkçilərinə, bizə inan valideynlərə, bizi sevən uşaqlara və uşaqları ləzzətli yeməklə təmin edən aşbazlara dərin təşəkkürümüzü bildiririk.

Etibarlı və güvənli bir dil məktəbi olaraq TELLS hər zaman sizin xidmətinizdədir. Sizinlə yeni uğurlu layihələrə imza atacağımza əminik. Mövcud və potensial tələbələrimizə uğurlar arzulayırıq!