Yay Məktəbi 2018 layihəsinin bir-birindən gözəl və unudulmaz anları.

 

TELLS dil kursu tərəfindən azyaşlıların peşəkar və fərdi inkişafına istiqamətlənən Yay Məktəbi layihəsi cari ilin iyul ayında Avropa Azərbaycan Məktəbində keçirildi.

 

Həm öyrədici, həm də əyləncəli Yay Məktəbinin keçirilməsində başlıca məqsəd azyaşlıların xarici dil biliklərinə yiyələnməsinə, təqdimetmə və fikrini sərbəst ifadəetmə bacarığını inkişaf etdirməsinə, eləcə də komanda işi və ekskursiyalar zamanı dünyagörüşünün formalaşmasına nail olmaqdır.

 

Peşəkar və təcrübəli mütəxəssislər tərəfindən ingilis dilində keçirilən seminar və görüşlər, intensiv ingilis dili kursu, müxtəlif məkanlara ekskursiyaların təşkili, intellektual və əyləncəli oyunlar, idman yarışları və üzgüçülük və gün ərzində 3 dəfə qidalanma daxil olmaqla Yay Məktəbinə qeydiyyat növbəti ilin may ayında olacaqdır.