
Bu kurs müxtəlif dil səviyyələrindən olan yetkin insanların ingilis dilini öyrənməsi üçün nəzərdə tutulub.
Yüksək ixtisaslı və təcrübəli müəllimlərimiz böyük inkişafa nail olacağınıza təminat verir, qarşıya qoyduğunuz məqsədlərə çatmağa və ingilis dilində əminliklə ünsiyyət qurmağınıza kömək edir. 45 saatlıq dil kurslarımız təhsil, iş və gündəlik məqsədlər üçün danışıq, dinləmə, oxu və yazı vərdişləri üzrə ingilis dilində ünsiyyət bacarıqlarınızı artırır.

Ümumi İngilis dili kurslarımızda:
İngilis dilində səlis danışacaq və ünsiyyət bacarıqlarınızı artıracaqsınız
Gündəlik rastlaşdığınız vəziyyətlər üçün əsas ifadələri öyrənəcəksiniz
Daha inamlı və daha az səhv etməklə ünsiyyət quracaqsınız
Tələffüzünüz yaxşılaşacaq
Söz ehtiyatınız zənginləşəcək
Dərslər saat 18:30-dan 20:00-dək Avropa Azərbaycan Məktəbində keçiriləcəkdir.