IELTS imtahanı ingilis dilli ölkələrdə təhsil almaq və yaşamaq istəyən insanlar üçün tələb olunan imtahandır. Bu imtahan Böyük Britaniya, ABŞ, Kanada və Avstraliya universitetlərində təhsil almaq üçün ən vacib imtahan sayılır. İmtahan hər ay Bakıda keçirilir.
Avropa Dillərinin Tədrisi Məktəbinin IELTS imtahanına hazırlıq kursları İntermediate səviyyəsində olan tələbələr üçün tərtib olunmuşdur və imtahanın bütün tələblərinə cavab verir.

Dərslərə daxildir:
İmtahana daxil olan hər 4 ünsürün - Oxu, Yazı, Qulaq asma və Danışıq bacarıqlarının IELTS imtahanının qiymətləndirmə cədvəlinə uyğun inkişaf etdirilməsi
Tələbələrin Yazı və Danışıq qabiliyyətlərinin artırılması və dil üzərində təbii nəzarətin gücləndirilməsi məqsədilə həftəlik dolğun praktika
IELTS imtahanının qiymətləndirmə cədvəlinə uyğun olan hərtərəfli qrammatika və dəqiqlik
Mövzular vasitəsilə tələbələrin Leksik lüğət ehtiyatlarının artırılması və qiymət cədvəlinə uyğun olan peşəkar plan