Dərslər bazar ertəsindən başlayaraq şənbə günü də daxil olmaqla həftədə üç dəfə keçirilir. Dərs cədvəli sizin dil səviyyənizdən, günlərdən və vaxtlardan asılı olaraq dəyişəcək. Qeydiyyatdan keçdikdən sonra sizə vakant günlər və vaxtlar barədə məlumat veriləcək.

Kurs üçün qeydiyyatdan keçməmişdən öncə dil səviyyə imtahanı verməlisiniz. İmtahan vasitəsilə sizin ingilis dili səviyyəniz müəyyənləşdiriləcək və sizə uyğun kurs təklif ediləcəkdir. Dil səviyyə imtahanı 50 dəqiqə davam edir. İmtahan TELLS-in Mirvari Parkda yerləşən ofisində keçiriləcək. 

Ünvan:  Hüseyn Cavid prospekti 186, Mirvari Park yaşayış kompleksi, AZ1141