Məlum olduğu kimi Avropa Dillərinin Tədrisi üzrə Xidmətlər (TELLS) 2016-cı ilin aprel ayından fəaliyyətə başlayıb və Azərbaycanda ən yaxşı xarici dil tədris müəssisəsi kimi öz xidmətlərini təqdim edir. Məktəb Azərbaycanın ən müasir təhsil və tədris standartlarına uyğundur. Kurslarımızda ümumi, akademik, biznes ingilis dilləri və eləcə də IELTS imtahanına hazırlıq proqramı ən yüksək səviyyədə tədris edilir. Müxtəlif yaş qrupları üçün nəzərdə tutulan bütün kurslarda dərsləri yüksək ixtisaslı peşəkarlar aparır.  Bu səbəbdən sizi yüksək ixtisaslı, peşəkar təcrübəyə və tədris sertifikatlarına malik (CELTA/DELTA) müəllimlərlə təmin etməyi öhdəmizə götürürük. Müəllimlər tələbələrin uğuruna təminat verilməsində ən mühüm rol oynayırlar.