Fərdi ingilis dili kursları qısa zaman müddətində dili öyrənmək və məşğul insanlar üçün çox sərfəli kursdur və bununla da, xüsusi diqqətə ehtiyacı olan və vaxta uyğunlaşa bilən qrafiklə ingilis dili öyrənmək istəyən tələbələrin ehtiyaclarını ödəyir.
TELLS dil kursu 2017-ci ilin qış və yaz semestrini uğurla başa vurduqdan sonra öz kiçik dostlarını da unutmadı və yay tətili ərzində uşaqları yalnız buraxmamaq məqsədilə onlar üçün yay məktəbi təşkil etdi. Yay məktəbi dedikdə yada bir zamanlar çox məşhur olan, amma uzun illər yaddaşlardan silinən "yay düşərgəsi" düşür...