Siz uşağınızın ingilis dilini ən müasir metodologiya, resurs və texnologiyalara əsaslanan yüksək ixtitsaslı müəllimlərdən öyrənməsini istəyirsinizmi?

Bizim kurslar yeniyetmə və azyaşlı uşaqların ingilis dilində ünsiyyət bacarıqlarının inkişafı üçün nəzərdə tutulmuşdur. Bizim azyaşlı uşaqlar (6-8, 9-12 yaş) və yeniyetmələr (13-15 yaş) üçün kurslarımız uşaqlarınızın ingilis dilində danışaraq sərbəst ünsiyyət qurmasına yönəlmişdir. Müxtəlif həvəsləndirici tədbirlər vasitəsilə uşaqların ingilis dili bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməklə yanaşı, tədris zamanı ən son texnologiyalardan olan multimedia və veb resursları daxil olmaqla qrup və cütlük şəklində iş, interaktiv oyunlar, təqdimatlar kimi müasir tədris üsullarından istifadə nəzərdə tutulur.

Kurslar uşaqları Kembric imtahanlarına hazırlaşdırır və bu imtahan vasitəsilə siz uşaqlarınızda yaranmış inkişafı hiss edəcəksiniz.

Dərslər saat 16:30-dan 18:00-dək Avropa Azərbaycan Məktəbində keçiriləcəkdir.